26 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Balaxanı Sənaye Parkında istehsal genişlənir

Təkrar emal və “sıfır tullantı” prinsipi ilə fəaliyyət göstərən Balaxanı Sənaye Parkında daha 3 rezident qeydiyyata alınıb.

Kimyəvi təmizlik vasitələri və kağız məhsulları istehsalı ilə məşğul olacaq “Horeca” MMC xammal kimi kimyəvi maddələr və kağız tullantılarından istifadə edəcək. İl ərzində 1000 ton kimyəvi təmizlik vasitələri və 1500 ton kağız məhsullarının istehsalını nəzərdə tutan layihənin dəyəri 2,4 mln. manatdır. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Digər yeni rezident “Buta Project” MMC hidroizolyasiya və dam örtükləri istehsal etməyi planlaşdırır. Dəyəri 1 milyon manat təşkil edən layihə çərçivəsində il ərzində 3,2 milyon m² izolyasiya materialı istehsal ediləcək.

Polietilen tullantıların emalı nəticəsində qranul istehsalı üzrə ixtisaslaşacaq “Chameleon Group” MMC isə il ərzində 1000 ton məhsul istehsal edərək əsasən daxili bazarı təmin etməyi nəzərdə tutur. Layihənin ümumi dəyəri 250 min manatdır.

Qeyd edək ki, 10,1 hektar ərazini əhatə edən Balaxanı Sənaye Parkının 22 rezidentindən 16-si artıq fəaliyyət göstərir və 780-ə yaxın daimi iş yeri yaradılıb. Parkın əsas məqsədi kiçik və orta sahibkarlara münbit biznes mühitinin yaradılması ilə yanaşı, məhsulların təkrar istifadəsi, emalı və resirkulasiyasına təkan verməkdir.

VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü?