24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Dövlət satınalmaları üzrə vahid internet portalı "Video icmal"da

Dövlət satınalmaları üzrə vahid internet portalı "Video icmal"da

Vahid internet portalı hər bir malgöndərənin iddiaçı kimi qeydiyyatdan keçməsi, onun elektron kabinetinin yaradılması, tender təklifinin təqdim edilməsi və verilməsi, tender komissiyasının virtual iclaslarının təşkil olunması, tenderdə iştirak haqqının ödənilməsi və bütün bu kimi proseslərin elektron qaydada həyata keçirilməsi üçün şərait yaradacaqdır. Tətbiq edilən dəyişikliklərə əsasən, satınalan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq etməli və portalda yerləşdirməlidir. Bundan başqa, satınalan təşkilat ayda bir dəfədən çox olmayaraq satınalma planında dəyişiklik edə bilər və həmin dəyişiklikdən sonra 5 bank günü ərzində məlumat bu dəyişikliyə səbəb olan hüquqi əsasla birlikdə portalda təqdim edilməlidir.

Onu da qeyd etmək lazımdır ki, yeni elektron satınalma modeli üzrə tenderin keçirilməsi barədə elan tender təklifinin qiymətləndiriləcəyi gündən 20 bank günü əvvəl portalda yerləşdirilməlidir. Həmçinin, satınalan təşkilat tender təklifinin təminatını tender təklifinin ümumi qiymətinin artıq 1-5 faiz aralığında deyil, 1 faizi məbləğində müəyyənləşdirəcək. Tender komissiyası isə 1 bank günü ərzində qərar qəbul edərək elektron qaydada bildiriş göndərəcək. Eləcə də malgöndərənlərin şikayətlərinə 10 bank günü müddətində baxılacaqdır. Əlavə olaraq mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin dövlət satınalmalarında iştirakı üçün daha əlverişli imkanların yaradılması istiqamətində yenilik ondan ibarətdir ki, satınalan təşkilat tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən, yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə xaricdən idxal olunan eyni malların təklif olunan qiymətinin 20 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq edəcək. Onu da vurğulamaq lazımdır ki, son dəyişikliklərə əsasən, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dollarının manat ekvivalentində və ya ona qədər olan malların satın alınması KOS subyektlərinin elektron satınalmada iştirakı vasitəsilə təmin ediləcək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?