25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlığın İnkişafı Fondu startaplara dəstək verir

Sahibkarlığın İnkişafı Fondu startaplara dəstək verir

"Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi" mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavinin Sahib Məmmədov bildirib ki, yaxın vaxtlarda Sahibkarlığın İnkişafı Fondunda Sahibkarlara Xidmət Mərkəzi və Biznes İnkubasiya Mərkəzi fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, bu mərkəzlər sahibkarların güzəştli kreditlər almaq imkanlarının genişləndirilməsinə, əməkdaşlıq əlaqələrinin inkişafına, startapların dəstəklənməsinə təkan verəcək.

Qeyd olunub ki, gənclərin müəlliflik etdiyi startapların dəstəklənməsi istiqamətində işlər aparılır, onların intellektual və yaradıcı potensialının, biznes ideyalarının reallaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Xüsusilə regionlarda yaşayan gənclərin iqtisadi sahədə fəallığının artırılması diqqət mərkəzindədir. Nazir müavini Azərbaycanda sahibkarlıq fəaliyyətinin vəziyyəti, ümumi iqtisadi göstəricilərə də toxunub. Bildirib ki, bu ilin əvvəlinə ölkədə dövlət qeydiyyatından keçmiş sahibkarlıq subyektlərinin sayı 970 mini ötüb. Ötən il respublikada ümumi daxili məhsul 4 faiz artıb, qeyri-neft sektorunda 1,8 faiz, qeyri-neft sənayesində isə 1,9 faiz artım müşahidə edilib. 2019-ci ilin ilk ayında büdcə daxilolmaları da plandan 105 milyon manat artıq yerinə yetirilib və bunun 80 milyon manatdan çoxu Vergilər Nazirliyinin payına düşüb.

Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin müavini Elçin İbrahimov çıxış edərək sahibkarlara, eləcə də startaplara dəstək məqsədilə "KOB evi"nin yaradılmasının, "KOB dostu" şəbəkəsinin genişləndirilməsinin qarşıya qoyulduğunu bildirib. O, KOB subyektlərinə tətbiq edilən vergi güzəştlərini, sənaye parkları və məhəllələrində yaradılacaq KOB klasterlərin bir sıra vergilərdən azad olunacağını vurğulayıb.

Sonra gənc sahibkar və startapçıların təklifləri dinlənilib, yeni ideyaların reallaşdırılması istiqamətində müzakirələr aparılıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?