21 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlama verilib

Son zamanlar smart tipli qaz sayğaclarının mexaniki sayğaclarla əvəz edilməsi ilə bağlı yayılan məlumatlar istehlakçılarda narahatlığa səbəb olub.

Bununla əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçıların diqqətinə çatdırır ki, ölkə ərazisində dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz sayğaclarından istifadə edilir.

Quraşdırılmazdan əvvəl hər bir sayğacın metroloji qayda və normalara uyğunluğu Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən yoxlanılır və yoxlamadan keçirilən sayğacların tipi təsdiq olunaraq dövlət reyestrinə daxil edilir.

Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır. Sayğacların dövri yoxlanması texniki cəhətdən yararsız sayğacların istismardan kənarlaşdırılmasını təmin edir, eyni zamanda istehlakın həcmini dəqiq müəyyən etməyə və itkilərin qarşısını almağa imkan yaradır. Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?