25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Əmək müqavilələrinin sayı artıb

Əmək müqavilələrinin sayı artıb

Yanvar ayında əmək müqavilələrinin statistikasında müsbət dinamika müşahidə edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, buna səbəb qanunvericilikdə aparılmış son dəyişikliklər olub: "Bu ilin yanvar ayında əmək müqavilələrinin sayında 20 minədək artım müşahidə edilib. Bizim düşüncəmiz belədir ki, həm minimum əməkhaqlarının artırılması, həm gəlir vergisinin tutulması ilə bağlı özəl sektorda böyük güzəştlərin tətbiq edilməsi, həm də məşğulluq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi kimi amillər əmək bazarının leqallaşması və əmək müqavilələrinin artması baxımından böyük əhəmiyyət kəsb edir".

Xatırladaq ki, 2019-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq, özəl və qeyri-neft sektorunda çalışan və aylıq gəliri 8.000 manatdan aşağı olan muzdlu işçilərin əməkhaqqından vergi tutulmur. Bu da işçilərin və onların gəlirlərinin uçotunun şəffaflaşmasına imkan verir.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?