25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Onlayn vahid ixrac ərizəsi "İslahat icmalı"nda

Onlayn vahid ixrac ərizəsi "İslahat icmalı"nda

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İslahat icmalı" dünyada ilk dəfə Azərbaycanda yaradılan onlayn vahid ixrac ərizəsinə həsr olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il 22 fevral tarixli "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq, dünyada ikinci Rəqəmsal Ticarət Qovşağı yaradılıb. Qovşaq bir çox istiqamətlərdə, həmçinin sahibkarlara ixrac sənədlərinin onlayn vahid ixrac ərizəsi vasitəsilə təqdim edilməsi xidmətlərini göstərir.

Onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Onlayn vahid ixrac ərizəsində təqdim olunan elektron pul kisəsi isə nağdsız ödənişlərin artırılması, dövlət proqramında nəzərdə tutulmuş istiqamətdə ixrac proseduru zamanı rəqəmsal ödənişlərin genişləndirilməsi baxımından vacib rol oynayır. Dünyada ilk dəfə Azərbaycanda təqdim olunan onlayn vahid ixrac ərizəsi vasitəsi sahibkarlara ofislərini tərk etmədən ixrac üçün lazım olan bütün sənədləri (mənşə, fitosanitar, baytarlıq, qida təhlükəsizliyi, sərbəst satış sertifikatlarını, ixrac təşviqi sənədini və gömrük bəyannaməsini) əldə etmək imkanı verir.

Onlayn vahid ixrac ərizəsi Rəqəmsal Ticarət Qovşağında fəaliyyət göstərir və ərizədən https://dth.azexport.az/az/ linki vasitəsilə qeydiyyatdan keçdikdən sonra istifadə etmək mümkündür.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?