11 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Üç rübdə idxal və ixrac olunan məhsullar açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 5,7 faiz, kartof 31,8 faiz, meyvə və tərəvəz şirələri 13,8 faiz, bitki yağları 48,4 faiz, meyvə və tərəvəz konservləri 6,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 19 faiz, pambıq lifi 2,5 faiz, polietilen 23,9 faiz, qara metallardan borular 1,9 dəfə, bentonit gili 1,3 faiz artıb.
Təzə meyvə ixracı isə 13,3 faiz, şəkər 45,2 faiz, tütün 27,7 faiz, çay 7,4 faiz, təbii üzüm şərabları və üzüm suslosu 58,5 faiz, emal olunmamış alüminium 23,8 faiz, pambıq ipliyi 37,4 faiz, qara metallardan yarımfabrikatlar 66,7 faiz azalıb.
2019-cu ilin yanvar-sentyabr ayları ilə müqayisədə cari ilin eyni dövründə təzə meyvə idxalı 14,7 faiz, xam şəkər və şəkər 2 faiz, kərə yağı, digər süd yağları və pastaları 29,2 faiz, çay 4,5 faiz, mal əti 18,8 faiz, təzə tərəvəz 32,3 faiz, minik avtomobilləri 29,5 faiz, dərman vasitələri 53,4 faiz, hesablama maşınları, blok və qurğuları 26,3 faiz, qara metallardan çubuqlar 1,8 dəfə artıb.
Buğda idxalı isə 13 faiz, bitki yağları 0,2 faiz, kartof 4,6 faiz, quş əti və onun əlavə məhsulları 16,5 faiz, siqaretlər 77,2 faiz, qara metallardan borular 16,1 faiz, polad prokatı 6,6 faiz, mineral gübrələr 6,2 faiz, rezin şinlər 19,1 faiz, mebellər 25,2 faiz, yük avtomobilləri 8,5 faiz, məişət kondisionerləri 31,5 faiz, polietilen 26 faiz, paltaryuyan maşınlar 5,5 faiz, qara metallardan künclüklər 9,9 faiz, avtobuslar 65,2 faiz, məişət soyuducuları 0,2 faiz, sement və sement klinkerləri 29,7 faiz azalıb.

Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi?