23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
BVF-nin toplantısında diqqət Qarabağ münaqişəsinə yönəldilib

BVF-nin toplantısında diqqət Qarabağ münaqişəsinə yönəldilib

Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz və Mərkəzi Asiya regionu ölkələrinin mərkəzi bank sədrlərinin iştirakı ilə videokonfrans formatında toplantısı keçirilib. Toplantı pandemiya dövründə qlobal maliyyə sistemində çağırışlar, maliyyə sabitliyinin qorunması və iqtisadi bərpaya dəstək, maliyyə sektorunda həyata keçirilən dəstəkləyici siyasətlərlə bağlı fikir mübadiləsinə həsr olunub.

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov iclasda çıxış edərək 2020-ci ildə dünyanın bütün ölkələrinin presedenti olmayan şoklar kombinasiyasına məruz qaldığını deyib. Pandemiya ilə bağlı yaranmış vəziyyət dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da təsir göstərib. Lakin əvvəlki illərdə yaradılmış makroiqtisadi idarəetmə platforması, maliyyə buferləri və uzun illər ərzində əldə etdiyimiz böhranı idarə etmək təcrübəmiz bu şokların iqtisadiyyata və maliyyə sektoruna təsir kanallarını məhdudlaşdırıb. Qabaqlayıcı rejimdə həyata keçirilən anti-böhran tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik qorunub və daha dərin resessiyanın qarşısı alınıb.

E.Rüstəmov iştirakçıları sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü ilə bağlı da məlumatlandırıb. Qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində bir sıra şəhərlər, kəndlər və digər yaşayış məntəqələrində çoxlu sayda mülki şəxs həlak olub, evlər, məktəblər, xəstəxanalar və digər sosial infrastruktur dağıdılıb. Erməni silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları nəticəsində işğal altında olan bir sıra şəhərlərimiz, kəndlərimiz və vacib yüksəkliklər azad olunub. E.Rüstəmov dayanıqlı sülhün əldə edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasını, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin edilməsini və Ermənistan işğalçı hərbi qüvvələrini Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasını, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını vacib saydığını vurğulayıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?