11 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

"Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020" davam edir

Məlumat verildiyi kimi, sentyabrın 22-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, “SA Consulting” MMC-nin təşkilatçılığı, “Odlar Yurdu” Gənclər İctimai Birliyi, “SAT Group”, Sosial Biznes Gənclər mərkəzi, “Networking.az” biznes klubu, “Majlis Business Network” və Türkiyənin Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin tərəfdaşlığı ilə “Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” öz işinə başlayıb.

Pandemiya və postpandemiya dövründə sahibkarların motivasiyası, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və sahibkarların qarşılaşdıqları çətinliklərin müzakirəsi məqsədilə təşkil olunmuş onlayn tədbirdə KOBİA İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov, Azərbaycan Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov, Milli Məclisin deputatı Erkin Qədirli, “SA Consulting”in rəhbəri Əfqan Səfərli və digərləri forumun keçirilməsinin məqsədi, ölkədə sahibkarlığın inkişafı və özəl sektora dövlət dəstəyi tədbirləri, xüsusilə pandemiya dövründə sahibkarlara göstərilən dəstək, gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması barədə fikirlərini bildiriblər.

Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin İdarə Heyətinin sədri Hikmet Eren, BMT-nin İnkişaf Proqramının innovasiyalar üzrə tədqiqat rəhbəri Leyla Seyidzadə, “Tespack” şirkətinin həmtəsisçisi, “Forbes”in “30 under 30” siyahısına daxil edilmiş finlandiyalı sahibkar Caritta Seppa, “Needlab” şirkətinin təsisçisi Sameera Chukapalli (İspaniya), biznes təlimçiləri Elçin Əzimli və Anar Məmmədov təqdimatlarla çıxış ediblər.

Forum çərçivəsində “Böhranın gətirdiyi imkanlar və çətinliklər” mövzusunda panel müzakirələr aparılıb.

Onlayn forum sentyabrın 23-də “Beynəlxalq təcrübə və Azərbaycanda sahibkarlıq” mövzusunda panel iclasla öz işini davam etdirib. İclasda KOBİA İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov Azərbaycanda sahibkarlıq, “Recipes for Wellbeing” şirkətinin təsisçisi və təlimçi Greta Rossi (İtaliya), “Rearts” şirkətinin həmtəsisçisi, tətqiqatçı Azeem Hamid (Pakistan), “Hypper” platformasının təsisçisi Pannavat Veeraburinon (Tailand), “Biryudumkitap” sosial biznes və “Folx” rəqəmsal agentliyinin təsisçisi Alparslan Demir (Türkiyə), sosial sahibkar İsmail Hilmi Adıgüzel (Türkiyə), “Eleven Kings” mobil futbol oyunu startapının təsisçisi Orxan Rzayev (Azərbaycan), “Digital Mahal” şirkətinin rəhbəri Mahal Əliyeva (Azərbaycan) pandemiya dövründə rəqəmsal marketinq, startapların yaradılması və digər mövzularda fikirlərini və beynəlxalq təcrübəni bölüşüblər, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?