8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığı müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ilə görüşüb.

Mikayıl Cabbarov Azərbaycanın Avropa İttifaqı ölkələri, xüsusilə Almaniya ilə əməkdaşlığın inkişafına böyük önəm verdiyini vurğulayıb. Qeyd edilib ki, Ticarət və İnvestisiyalar üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun, Alman-Azərbaycan Xarici Ticarət Palatasının səmərəli fəaliyyəti əlaqələrin inkişafında əhəmiyyətlidir və bu ilin sonunda İşçi Qrupunun növbəti iclasının keçirilməsi əməkdaşlığın genişləndirilməsinə töhfə verə bilər. Bildirilib ki, bu günlərdə Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsindən istifadə etməklə yaradılan Peşə Təhsil Mərkəzi açılıb və bu sahədə əməkdaşlığın davam etdirilməsi önəmlidir. Alman şirkətləri Azərbaycanın əlverişli investisiya və bisnes mühitindən, nəqliyyat-tranzit imkanlarından yararlana bilərlər.

Görüşdə İqtisadiyyat naziri pandemiya dövründə görülən tədbirlər, hazırkı iqtisadi vəziyyət, aparılan islahatlar barədə məlumat verib, Azərbaycan İnvestisiya Holdinqinin və İqtisadi Şurasının yaradıldığını bildirib, postpandemiya dövrü üçün iqtisadi inkişaf istiqamətlərini diqqətə çatdırıb.

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Volfqanq Maniq ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb, əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb.

İqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətlərinin müzakirə olunduğu görüşdə Azərbaycan və Almaniya şirkətləri arasında əlaqələrin inkişafı, menecerlərin Almaniyada ixtisasartırma kurslarında iştirakının davam etdirilməsi, Almaniyanın Kiçik və Orta Sahibkarlıq Federal Assosiasiyası ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında əməkdaşlıq və s. məsələlər barədə fikir mübadiləsi aparılıb.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?