1 Oktyabr 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilər işəgötürəndən icbari sığorta növünü tələb etməlidirlər

Hər il iş yerlərində yüzlərlə insan peşə fəaliyyətini yerinə yetirərkən bədbəxt hadisələrlə üzləşir. Baş verən risklər işçilərin sağlamlığına zərər yetirməklə yanaşı, hətta ölüm halları ilə də nəticələnir. Bu isə işəgötürlənlərin işçilər qarşısında məsuliyyətinin yaranmasına gətirib çıxarır. Bu gün çox sayda peşə yüksək risk ehtiva edir. Lakin yüksək təhlükə təşkil edən bu peşələr üzrə fəaliyyət göstərən bəzi müəssisələrdə müəyyən edilmiş təhlükəsizlik tədbirləri görülmür. Bu isə hadisə baş verdiyi zaman onun fəlakətlə nəticələnməsinə səbəb olur. Nəticədə sığorta halı yaranmış olur.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, qanunvericiliyə əsasən, işəgötürənlər tərəfindən işçilərin iş yerlərində baş verə biləcək hadisələrdən sığortalanması prosesi icbari qaydada həyata keçirilir. Bu sığorta növü “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” adlanır. Sığortanın bu növünün olmaması halında tərəflər məsuliyyət daşıyır. Bu səbəblə hər bir işçi işəgötürən ilə müqavilə bağladığı zaman sığortanın bu növünün olmasını mütləq şəkildə tələb etmək hüququna sahibdir. Adıçəkilən sığorta növü üzrə tariflər 14 risk qrupu üzrə müəyyən edilir. Bölgüyə əsasən, ən təhlükəsiz olan maliyyə, hüquq, humanitar və sair sahələr, ən təhlükəliləri isə mədənçıxarma, tikinti, kimyəvi məhsulların istehsalı və digər bu kimi sahələr müəyyən edilib. Bu növ icbari tətbiq olunduğu üçün işəgötürənlər işçiləri peşə fəaliyyəti zamanı başına gələ biləcək bədbəxt hadisələrdən sığortalamağa borcludurlar. Sığortanın bu növü istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Bu növ üzrə statistik hesabata nəzər salaq. Belə ki, cari ilin yanvar-iyul aylarında ötən ilin analoji dövrü ilə müqayisədə yığımlar 20 faizədək artıb. 2020-ci ilin böyük bir hissəsini işçilər COVID-19 pandemiyası nəticəsində tətbiq olunan sərt karantin qaydaları səbəbi ilə evdən işlədiklərinə görə risk dərəcəsi və hadisələrin başvermə tendensiyası azalıb. Nəticədə müvafiq növ üzrə ödənişlərdə ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azalma qeydə alınıb.

Qeyd edək ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”nın aktuallığı və vacibliyi nəzərə alınaraq bu növ artıq ötən ildən etibarən tam olaraq elektronlaşdırılıb. Bu da işəgötürən tərəfin işçini müvafiq növ üzrə tez bir zamanda sığortalamasına və ya sığortanı yeniləməsinə şərait yaradır.

VergiFrilanser kimi çalışan vergi ödəyicisinin hansı öhdəlikləri yaranır? VergiÖdənişin nağd qəbuluna görə maliyyə sanksiyası hansı məbləğə tətbiq olunur? İqtisadiyyatAYİB Azərbaycanda iqtisadi artım proqnozlaşdırır SosialMəcburi işburaxma dövrü üçün əməkhaqqı məbləğinin hesablanması VergiTexnologiyalar parkının rezidentinin əməkdaşlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİctimai iaşə xidməti göstərən müəssisədə ƏDV-nin geri qaytarılması necə aparılır? İqtisadiyyatYenilənmiş 5 qəpiklik metal pul nişanı tədavülə buraxılıb Vergi20 Yanvar şəhidinin ailə üzvlərinin hansı vergi güzəşti mövcuddur? Vergiİdxalı əvəz edən mal istehsalçıları hansı vergilərdən azaddır? MüsahibələrMahmud Ul-Həssan Xan: “Pakistan şirkətlərinin Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq üçün böyük imkanları var” MÜSAHİBƏ