7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Cari ildə Azərbaycanın xarici ticarət dövriyyəsi 13,7 milyard dollar olub

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rәsmilәşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft vә təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 13 milyard 777,6 milyon ABŞ dolları, o cümlədәn ixracın dəyəri 7 milyard 876,8 milyon dollar, idxalın dəyəri 5 milyard 900,8 milyon dollar təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəticədә 1 milyard 976 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. Ötən ilin yanvar-iyul ayları ilә müqayisədә xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,9 faiz, real ifadədə 22,5 faiz, o cümlədәn idxal 43,4 faiz, ixrac isə 7,1 faiz azalıb. Dövlət Gömrük Komitəsindәn daxil olmuş məlumatlara əsasən, xarici ticarət dövriyyəsinin 87,6 faizi İtaliya, Türkiyә, Rusiya, Çin, Ukrayna, ABŞ, Hindistan, Almaniya, İsrail, Xorvatiya, Yunanıstan, Gürcüstan, İspaniya, Çexiya, Birləşmiş Krallıq, İran, Tunis, Vyetnam, İsveçrə, Fransa ilә aparılmış ticarət әmәliyyatlarının payına düşüb. Ölkəyә idxal olunmuş məhsulların ümumi dəyərinin 18,4 faizi Rusiyanın, 14,7 faizi Türkiyənin, 13,2 faizi Çinin, 7,9 faizi ABŞ-ın, 5,1 faizi Almaniyanın, hәr biri 4,2 faiz olmaqla İtaliya vә Ukraynanın, 3 faizi Birləşmiş Krallığın, 2,7 faizi İranın, 1,9 faizi Yaponiyanın, hər biri 1,8 faiz olmaqla Koreya və Fransanın, 1,4 faizi Hindistanın, 1,1 faizi Belarusun, hər biri 0,9 faiz olmaqla İsveçrə, Polşa vә Niderlandın, 15,9 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, azqiymәtli metallar vә onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, hazır ərzaq məhsulları, içkilər vә tütün mәmulatlarının, bitki mәnşəli məhsulların, plastik kütlə vә ondan hazırlanan məmulatların, toxuculuq materialları vә məmulatlarının dəyəri üstün olub. İdxalın 65 faizini avtomobil, 19,6 faizini dəmir yolu, 10,9 faizini hava, 4,4 faizini dəniz nəqliyyatı ilә gətirilmiş, 0,1 faizini isə boru kəməri vә elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib. İxracın 32,1 faizini İtaliyaya, 18,7 faizini Türkiyəyə, 4,7 faizini Rusiyaya, 4,1 faizi Çinə, 4 faizi Hindistana, 3,9 faizini İsrailə, 3,7 faizini Xorvatiyaya, 3,4 faizini Yunanıstana, 3,1 faizini Gürcüstana, 3 faizini Ukraynaya, 2,5 faizini İspaniyaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, 1,5 faizini Vyetnama, 1,4 faizini Portuqaliyaya, 1,3 faizini Almaniyaya, 1,2 faizini İsveçrəyə, 1,1 faizini Avstriyaya, 6,3 faizini isә digәr ölkələrə göndәrilmiş mәhsulların dəyəri təşkil edib.

Yeddi ayda ixracın 87 faizini boru kəməri vә elektrik ötürücü xətləri ilə nəql edilmiş, 7,9 faizini avtomobil, 2,9 faizini dəmir yolu, 1,6 faizini hava, 0,6 faizini dəniz nəqliyyatı ilə göndərilmiş məhsulların dəyəri tәşkil edib. İxracın strukturunda xam neft, təbii qaz, neft-qaz məhsulları, meyvә vә tərəvəzlər, plastik kütlə vә ondan hazırlanan mәmulatlar, pambıq lifi və ipliyi, alüminium vә ondan hazırlanan mәmulatlar, kimya sәnayesi məhsulları, qara metallar vә onlardan hazırlanan məmulatlar, bitki yağları, şəkər, alkoqollu vә alkoqolsuz içkilərin payı daha çox olub.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?