25 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanın tədiyə balansında 956,4 milyon dollar kəsir yaranıb

Azərbaycanın tədiyə balansında 956,4 milyon dollar kəsir yaranıb

Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə, cari ilin 6 ayı üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598,2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956,4 milyon dollar kəsir yaranıb. Ehtiyat aktivləri 957,5 milyon dollar azalıb.

Mərkəzi Bankdan bildirilib ki, bu dövrdə neftin orta qiyməti 41,9 dollar/barel olub, qeyri-neft ixracı isə 6,1 faiz azalıb. Hesabat dövründə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5,1 dəfə azalaraq 598,2 milyon dollar təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik ifadədə 1,9 dəfə (2,8 milyard dollar) azalaraq 3,3 milyard dollar, qeyri-neft sektoru üzrə kəsir isə 12,1 faiz (0,4 milyard dollar) azalaraq 2,7 milyard dollar olub. Nəticədə cari əməliyyatlar balansında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?