5 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadi Şura: İqtisadi siyasətin yeni idarəetmə çərçivəsi

Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması məqsədilə İqtisadi Şuranın yaradılması və Şura qarşısında yeni hədəflərin qoyulması Prezident cənab İlham Əliyev tərəfindən aparılan iqtisadi islahatların daha effektiv icrasına nail olmaq məqsədi daşıyır.

Millət vəkili Tahir Mirkişili "vergiler.az"a açıqlamasında bildirib ki, pandemiya şəraiti 2018-ci ildən sürətlənən iqtisadi islahatların nəticələrinin daha geniş hiss edilməsinə müəyyən qədər mane olub, vətəndaşların sağlamlığı iqtisadi hədəfləri üstələyib: "Dünyada artıq yeni reallıqlar formalaşmaqdadır. Neft qiymətlərinin aşağı həddə sabitləşməsi, texnologiyaların və yeniliklərin sürətlə yayılması iqtisadi siyasətdə də çevik dəyişikliklərin olmasını labüd edir. Bu baxımdan Azərbaycanda iqtisadi siyasətin yeni idarəetmə çərçivəsinin yaradılması iqtisadi uğurları əldə etməyin yeni mənbələrinin tapılmasına hesablanıb".

Millət vəkili Şura qarşısında növbəti 10 ildə iqtisadiyyatımızın 2 dəfə böyüməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, xarici və özəl investisiyaların cəlb edilməsində yeniliklər, insan kapitalından geniş istifadə edilməsi, innovativliklik və s. kimi hədəflərin qoyulduğunu qeyd edib. Bu, Azərbaycan iqtisadiyyatının müasir çağırışlar üzərində inkişaf edəcəyini və islahatların da bu məqsədlə sürətlənəcəyini deməyə imkan verir.

İqtisadi Şuranın yaradılması ilə bağlı fərman iqtisadi siyasətin qanunvericilik əsaslarını yaradan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi qarşısında da mühüm çağırışlar yaratmaqdadır.

T.Mirkişili müasir qanunların qəbulu, mövcud qanunvericilik aktlarında çevik mexanizmlərin yaradılması aparılan iqtisadi islahatların daha çox mənimsənilməsinə imkan yaradacağı, ölkəmizin iqtisadi hədəflərinə çatmaqda mühüm alət olacağı qənaətində olduğunu bildirib: "Prezident cənab İlham Əliyevin apardığı ardıcıl siyasət çərçivəsində İqtisadi Şuranın yaradılması və onun qarşısında qoyulan hədəflər Azərbaycan iqtisadiyyatının postpandemiya dövründə daha sürətli inkişafının təmin edilməsi məqsədi daşıyır".

Fərqanə ALLAHVERDİQIZI

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?