16 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səbinə Hümbətzadə: “Vergi yükünün azaldılması startapların əməliyyat xərclərini aşağı salır” AÇIQLAMA

Startaplara tətbiq edilən vergi güzəştləri innovasiyaların inkişafına mühüm töhfədir. Bu fikri İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə jurnalistlər üçün təşkil olunan “Media üçün rəqəmsal səriştələr” adlı təlimdə səsləndirib. Onun sözlərinə görə, qanunvericiliyə eidlən dəyişikliklər nəticəsində startapların və texnologiyalar parklarının rezidentlərinin vergi yükü əhəmiyyətli dərəcədə azaldılıb. Güzəştlər startapların vergi borclarına da şamil edilir. Belə ki, əgər startapların, texnopark rezidentlərinin və elmi müəssisələrin vergi borcu 50 min manatı keçməyibsə, onların bank hesabları dondurulmur. S.Hümbətova bunun həmin vəsaitlərin yenidən texnoloji həllərin inkişafına sərf edilməsi məqsədi daşıdığını deyib:

“Qanunvericilikdə elmi tədqiqat və texnoloji uğursuzluqlarla bağlı dəyişikliklər də edilib. Yeniliyə əsasən, startaplara, texnopark rezidentlərinə və elmi müəssisələrə innovasiya məhsullarının formalaşdırılması ilə bağlı sifariş edildikdə, çəkilən xərclər 2,5 əmsala vurularaq gəlirdən çıxılan xərclər hesablanır. Yerdə qalan vəsaitlər vergiyə cəlb olunur. Ancaq bunun üçün layihənin texnoloji cəhətdən uğursuz olması əsaslandırılmalıdır. Bununla innovativ layihələrin həyata keçirilməsi zamanı yaranan “texnoloji uğursuzluq” riskinin biznes üçün maliyyə yükünün azaldılması hədəflənir. Bu, startaplar üçün mühüm dəstək mexanizmlərindən biridir”.

S.Hümbətzadənin sözlərinə görə, startapların xaricdən aldığı bulud xidmətləri üzrə vergi güzəşti tətbiq olunur. Startap və texnopark rezidentləri xaricdən aldıqları SaaS, IaaS və PaaS tipli bulud hesablama xidmətlərinə görə ödəmə mənbəyində tutulan vergi və həmin xidmətlər üzrə ƏDV-dən azad edilib. Bununla yanaşı, İT və innovasiya şirkətlərinin idxal etdiyi texnoloji avadanlıq, qurğu və ehtiyat hissələri 20 il müddətinə ƏDV-dən, 10 il müddətinə isə gömrük rüsumlarından azad edilib.

“Bulud xidmətləri startapların və texnologiya şirkətlərinin ən çox istifadə etdiyi imkanlardan biridir. Bu səbəbdən həmin xidmətlərlə bağlı vergi yükünün azaldılması startapların əməliyyat xərclərini aşağı salaraq maliyyə resurslarını biznesin və innovativ məhsulların inkişafına yönəltməsinə şərait yarada bilər”, - S.Hümbətzadə vurğulayıb.

Fərqanə ALLAHVERDİQIZI

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?