5 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Nar istehsalçıları yeni bazarlara çıxmaq üçün yollar axtarırlar MƏQALƏ

Regionlarda nar becərməklə məşğul olan fermerlərə Nar İstehsalçları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə arqotexniki qulluq və məhsuldarlığın artırılması mövzusunda təlimlər keçilib. Təlimlərin iştirakçısı fermer Vüqar Xəlilov “vergiler.az”ın əməkdaşına bu barədə məlumat verib.

“15 ilə yaxındır Saatlı rayonunda narçılıqla məşğulam. Təlimlərə qatılana qədər hər mövsümdə bir hektar nar bağından 5 min manat qazanc əldə edə bilirdik. Avropa ölkələrindən ölkəmizə dəvət edilən ekspertlər bizə nar kolunun becərilməsi, müasir arqotexniki qulluq qaydaları, məhsulun yığılması, daşınması, saxlanma qaydaları ilə bağlı təlimlər keçdilər, satış üsullarını öyrətdilər. Nəticədə bu il daha keyfiyyətli məhsul əldə edə bildik, gəlirlərimiz hər hektara görə 15 min manata çata bilər”, - V.Xəlilov deyib.

Fermer Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu il ixracda ciddi çətinliklə üzləşdiklərini vurğulayıb. Əsas ixrac ünvanı olan Ukraynaya məhsulun daşınması mümkün olmadığından nar yerli bazarda ucuz qiymətə satılır. Bu da fermerlərin gəlirlərinə təsir edir.

Buna görə də narçılar yeni bazar axtarışına çıxıblar. İndi Avropa ölkələrindən də Azərbaycanda yetişdirilən nara maraq göstərilir. V.Xəlilov deyir ki, sosial şəbəkələr vasitəsilə Hollandiyadan, İngiltərədən, Kanadadan alıcılar tapıb. Lakin həmin ölkələrə məhsul satışında ciddi əngəllə üzləşiblər: “Nar idxalı ilə bağlı Avropa İttifaqının fərqli tələbləri, standartları var. Azərbaycanda istehsal olunan narı həmin ölkələrə ixrac etmək üçün “Global GAP” sertifikatı tələb olunur. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası bununla bağlı danışıqlar aparır”.

Narın Avropaya ixracında Assosiasiya da maraqlıdır. Qurumun rəhbəri Fərhad Qaraşov “vergiler.az”a açıqlamasında bildirib ki, nar ixracatçıları “Global GAP” sertifikatı almaq üçün müəyyən şərtlərə əməl etməlidirlər: “Biz ənənəvi bazar olaraq Rusiya, Ukrayna və Gürcüstana nar ixrac edirik. Bu ölkələr bizdən məhsulu yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin verdiyi fitosanitar sertifikat əsasında alırlar. Avropa ölkələrinin tələbləri isə fərqlidir. Bu tələblərə uyğun olaraq “Global GAP” sertifikatı ildə bir dəfə verilir. Hər il məhsul yığılmamışdan qabaq test edilir, analiz olunur və onun nəticəsində sertifikatın verilib-verilməməsinə qərar verilir. Burada məhsulun becərilməsində təhlükəsizlik qaydalarına əməl edilməsi, narın tərkibindəki mikroelementlərin müəyyən həddə olması, dərmanların, pestisidlərin qadağan olunan və olunmayan növlərindən istifadə kimi nüanslara diqqət yeririlir. Ona görə Avropa bazarına çıxmaq üçün beynəlxalq arenada qəbul edilmiş qaydalara əməl etməliyik”.

“Global GAP” sertifikatı almaq yollarından biri də nar becərən fermerlərin kooperativlərdə birləşməsidir. Çünki kiçik fermerlərin bağlarında həmin standartlara cavab verən məhsulun yetişdirilməsi çətinlik yaradır: “Kooperativləşməyə nail olmaq üçün biz aidiyyəti dövlət orqanları ilə birlikdə çalışırıq. Amma kooperativləşmə sahibkarlara bağlı məsələdir. Fermerlər kooperativ halında birləşərək vahid aqrotexniki qulluq proseslərini həyata keçirdikləri halda sertifikat ala bilərlər. Bu isə onların Avropa bazarına yolunu aça bilər”.

Fərqanə ALLAHVERDİQIZI

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu?