31 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar Kənan Əliyev: “Kənd təsərrüfatına dəstək göstərməkdə Azərbaycan dünyanın əksər ölkələrinə nümunə ola bilər”

Sahibkar Kənan Əliyev: “Kənd təsərrüfatına dəstək göstərməkdə Azərbaycan dünyanın əksər ölkələrinə nümunə ola bilər” MƏQALƏ

Son dövrlərdə heyvandarlıq sahəsinə dövlət dəstəyinin gücləndirilməsi - ailə təsərrüfatlarına güzəştli şərtlərlə kreditlərin verilməsi, heyvandarlığın inkişaf etdirilməsi üçün subsidiyaların ayrılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına damazlıq heyvanların 50 faiz güzəştlə lizinq yolu ilə satılması və digər dəstəkləyici tədbirlər sektorun inkişafını stimullaşdırır.

"AKKARAMAN" MMC qapalı şəraitdə intensiv heyvandarlıqla məşğul olur. Biznesinin genişləndirilməsi üçün dövlət dəstəyindən istifadə edən "AKKARAMAN" bu il İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondundan güzəştli şərtlərlə 200.000 manat kredit alıb.

"AKKARAMAN" MMC-nin həmtəsisçisi Kənan Əliyev deyir ki, təsərrüfatı genişləndirmək üçün bir necə dəfə öz vəsaitləri hesabına boğaz heyvanlar alandan sonra dövlətin dəstəyi ilə bu işləri intensivləşdirmək və orta sahibkarlıq subyektinə çevrilmək qərarına gəliblər. Şirkət dövlətdən aldığı 200.000 manat kredit hesabına 1.000 baş qoyun alaraq təsərrüfatını böyüdüb.

Azərbaycanda sahibkarların maliyyə resursları əldə etməsinə böyük imkanlar yaradıldığını deyən K.Əliyev bildirir ki, kreditlərin verilməsi və ödənilməsi qaydaları çox asan olmaqla yanaşı, həm də çox münasibdir: “Krediti bir illik güzəştlə, aşağı fazilə götürmüşük, əsas vəsaitin ödənilməsinə bir ildən sonra başlayacağıq. Krediti növbəti 3 il ərzində qaytarmağı planlaşdırırıq. Dövlətin maliyyə dəstəyi bizim üçün çox önəmlidir. İnanıram ki, bu işi yüksək gəlirli bir sahəyə çevirə biləcəyik. Mən aqrar sahədə 20 ildən çoxdur ki, işləyirəm. Təcrübəmə əsasən, deyə bilərəm ki, kənd təsərrüfatına dəstək göstərməkdə Azərbaycan dünyanın əksər ölkələrinə nümunə ola bilər. Həm texnika və avadanlıqların alınması, həm də damazlıq heyvanların ölkəyə gətirilməsi üçün dövlət tərəfindən böyük həcmlərdə geri qaytarılmayan vəsait xərclənir. Sahibkarlıq subyektlərinə uzunmüddətli kreditlərin verilməsi və kreditlərin qaytarılmasına müəyyən müddətdən sonra başlanılması da özlüyündə təsərrüfatlar üçün çox yaxşı dəstəkdir. Növbəti 5 ildə aqrar sahədə böyük irəliləyişlər olacağını düşünürəm. Yalnız heyvandarlıq sahəsində deyil, bağçılıqda, suvarma sistemləri ilə təminat və digər sektorlarda böyük inkişafın olacağı gözlənilir. Bu bizi çox sevindirir”.

İlhamə İSABALAYEVA

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?