11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Şəmil Sadıqov: “Dövlətin sahibkarlara dəstək mexanizmlərinin şərtləri getdikcə asanlaşır”

Sahibkarlığın inkişafını sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri kimi qəbul edən Azərbaycan hökuməti bu sahəyə böyük diqqətlə yanaşaraq dövlətin iş adamlarına maliyyə dəstəyini ildən-ilə genişləndirir. Bu sahədə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi olduqca mühüm rol oynayır. Hər il bu kreditlərin maliyyələşdirilməsi üçün dövlət Fonda əhəmiyyətli həcmdə maliyyə vəsaiti ayırır.

Fondun kredit maliyyələşdirməsi üçün müəyyən etdiyi prioritet istiqamətlərə sənaye, kənd təsərrüfatı, qeyri-sənaye mallarının istehsalı, emal, xidmət sektorları, loqistikanın, turizmin, kütləvi informasiya vasitələrinin inkişafı və s. daxildir. Bunlardan əlavə, tibb, təhsil, ictimai iaşə və ictimai nəqliyyat xidməti yönümlü layihələrin də maliyyələşdirilməsi təmin edilir.

Dövlətdən aldığı kredit hesabına fəaliyyətini genişləndirən sahibkarlıq subyektlərindən biri də təhsil xidmətləri göstərən "Hədəf liseyi" MMC-dir. Şirkətin qurucusu və direktoru Şəmil Sadıqov bildirir ki, 2008-ci ildə hazırlıq kursları kimi fəaliyyətə başlayıblar. 2018-ci ildə şirkət fəaliyyətini genişləndirərək “Hədəf liseyi”ni təsis edib. “Hədəf” liseyinin ikinci flialı 2021-ci ildə SİF-in ayırdığı 850 min manat məbləğində kredit hesabına Abşeron rayon Masazır qəsəbəsinin “Qurtuluş” yaşayış massivi ərazisində açılıb: “Bu vəsait yeni bağça-lisey tipli kompleksin yaradılması üçün çox ciddi dəstək oldu.

Dövlətin verdiyi dəstək hesabına həmin ərazidə yaşayan əhalinin büdcəsinə uyğun müasir özəl lisey açıldı. Bu yeni təhsil ocağında, əksəriyyəti həmin qəsəbənin sakini olmaqla, 150 nəfərə yaxın şəxs işlə təmin edilib. Kreditlə açılan lisey bu gün fəaliyyətini uğurla davam etdirir”.

Ş.Sadıqov yeni sahibkar olmaq istəyənlərə bu işə çəkinmədən başlamağı tövsiyə edir: “Adətən, kənardan sahibkarlıq fəaliyyətinə başlamaq bir qədər çətin görünə bilər. Amma bu gün ölkəmizdə istənilən sahədə iş görmək istəyən insanlar üçün münbit şərait yaradılıb. Sahibkarlıq fəaliyyətinə başlamaq üçün bir qədər çalışmaq, biznes planı tərtib etmək lazımdır. Etiraf edim ki, ilk dəfə kredit üçün SİF-ə müraciət edəndə tələb edilən biznes planının hazırlanması mənə çox çətin iş kimi görünmüşdü. Ancaq yanıldığımı gördüm. Biznes planı təsdiqlənəndən sonra SİF-dən kreditimizi asanlıqla ala bildik və bunun fəaliyyətimizi davam etdirməyə çox böyük köməyi oldu. Bu gün şirkətimizin ayaq üstə dayanmasında bu kreditin çox böyük rolu var”.

Ş.Sadıqov xüsusi vurğulayır ki, Azərbaycanda iş qurmaq istəyən insanlar qayda-qanunlara əməl edərlərsə, dövlətin yaratdığı dəstək mexanizmlərindən uğurla faydalana bilərlər: “Təxminən 14 ildir ki, təhsil sahəsində biznes fəaliyyəti ilə məşğulam. İndiyədək heç bir dövlət qurumu ilə ciddi problem yaşamamışıq. Hansısa məsələ ilə əlaqədar dövlət orqanlarına müraciət etdiyimiz zamanlarda da onlardan, xüsusilə İqtisadiyyat Nazirliyindən yalnız dəstək görmüşük”.

Özəl sektorun dövlət dəstəyinə ehtiyacının olduğunu düşünən Ş.Sadıqov sahibkarların dövlətdən hər zaman dəstək gözlədiyini və bu dəstəyi gördüyünü qeyd edir. O vurğulayır ki, dövlət milli sahibkarların yetişdirilməsi məsələsini prioritet istiqamət kimi diqqətdə saxlayır: “Dövlətin dəstək mexanizmlərinin şərtləri getdikcə daha da asanlaşır ki, bu da maliyyə resurslarına əlçatanlığı artırır. Bunun nəticəsində Azərbaycanda özünü sərbəst şəkildə ayaq üstə saxlamağı bacaran milli sahibkarların sırası genişlənir”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?