“PLATO CAPİTAL AND CO. İNVESTİSİYA ŞİRKƏTİ” Açıq Səhmdar Cəmiyyəti
VÖEN: 1800169281
“PLATO CAPİTAL AND CO. İNVESTİSİYA ŞİRKƏTİ” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağının keçirilməsi haqqında Bakı şəhəri 31 mart 2022-ci il Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1.1.-ci maddəsini rəhbər tutaraq və “PLATO CAPİTAL AND CO. İNVESTİSİYA ŞİRKƏTİ” Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: 1800169281) (bundan sonra “Səhmdar Cəmiyyəti”) Nizamnaməsinin 9.12.-ci bəndinə uyğun olaraq, Səhmdar Cəmiyyətinin fəaliyyətinə dair və aşağıda qeyd olunan Gündəlikdə duran məsələlərə həsr olunmuş Növbədənkənar Ümumi Yığıncaq 02 may 2022-ci il tarixdə, saat 10-da, Bakı şəhəri, AZ1065, İzmir küçəsi 8, Hyatt Beynəlxalq Mərkəzi, Hyatt Tauer 2, 6-cı mərtəbə ünvanında keçiriləcək. Gündəlikdə müzakirə olunacaq məsələlər: 1. Səhmdar Cəmiyyətinin Direktorunun dəyişdirilməsi. Bütün səhmdarlardan xahiş olunur ki, Ümumi Yığıncağın iclasında iştirak etmək üçün şəxsiyyət vəsiqələrini özləri ilə gətirsinlər. Şəxsən iştirak edə bilməyən səhmdarlar notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında nümayəndələri iştirak edə bilər. Bu halda, həmin şəxslərin öz şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Yığıncağın gündəliyi üzrə materiallarla Açıq Səhmdar Cəmiyyətinin idarə binasında tanış ola bilərsiniz.