"GƏNCƏ ŞƏRAB-1" ASC
VÖEN: 2300373041
"GƏNCƏ ŞƏRAB-1" AÇIQ TİPLİ SƏHMDAR CƏMİYYƏTİ 17.12.2026-cı il tarixdə 15:00 saatda Gəncə şəhəri, Zülfü Hacıyev, ev 56 ünvanında cəmiyyətin növbədənkənar iclasının keçirilməsini elan edir. İclasın gündəliyi: 1. Cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması və idarəetmədə səlahiyyətlərin müəyyən edilməsi. 2. Cəmiyyətin firma adında dəyişiklik edilməsi. 3. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi. 4. Cəmiyyətin artan Vergi, DSMF və s. borclarının ödənilməsi üçün çıxış yollarının müzakirə olunması. 5. Qeyd edilən məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin müzakirəsi və qəbulu. Cəmiyyətin növbədənkənar iclasının gündəliyi ilə Gəncə şəhəri, Zülfü Hacıyev, ev 56 ünvanında tanış ola bilərsiniz. Yığıncaq iştirakçılarının qeydiyyatı onun başlanmasına 2 (iki) saat qalmış yuxarıda göstərilən ünvanda keçirilir. Qeydiyyat üçün şəxsiyyət təsdiq edən sənəd təqdim edilməlidir. Səhmdarların ümumi yığıncağında şəxsən və ya notarius tərəfindən təsdiq edilmiş etibarnamə əsasında nümayəndə iştirak edə bilər. Hörmətlə, Məmmədov Mirabbas Həmid oğlunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Məmmədov Mirməhəmməd Həmid oğlu.