"BAKI-PİVƏ" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ
VÖEN: 1000052331
Səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsi haqqında BİLDİRİŞ.
Hörmətli səhmdar, Bununla bildiririk ki, "Baki-Pivə" Açiq Səhmdar Cəmiyyətinin (VÖEN: 1000052331, hüquqi ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şosesi, ev 1) Müşahidə Şurasının qərarına əsasən Cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Ümumi Yığıncağa dair məlumatlar aşağıdakı kimidir:
- Keçirilmə tarixi: 23 avqust 2019-cu il, saat 10:00
- Keçirilmə yeri: Tbilisi prospekti 34, Bakı 1122, Azərbaycan ünvanında yerləşən Qafqaz City Hotel;
- Keçirilmə forması: əyani;
- Səhmdarların iştirak üçün qeydiyyatı: 23 avqust 2019-cu il tarixində saat 09:00-dan 10:00 gədər;
- Ümumi Yığıncağında iştirak etməyə hüququ olan şəxslərin siyahısının tərtib edildiyi tarix: 20 iyun 2019-cu il.
ÜMUMİ YIĞINCAĞIN GÜNDƏLİYİ
1) Ümumi Yığıncağın sədrinin və katibinin seçilməsi;
2) Hesablama Komissiyasının buraxılması və yeni üzvlərin seçilməsi;
3) Təftiş Komissiyasının buraxılması və yeni üzvlərinin seçilməsi;
4) Cəmiyyətin Müşahidə Şurasının üzvlərinin və sədrinin seçilməsi;
5) Cəmiyyətin 2018-ci maliyyə ili nəticələrinə aid olan hesabatların, mühasibat balanslarının, Cəmiyyətin 2018-ci il üçün mənfəət və zərər hesablarının təsdiq edilməsi;
6) 2018-ci maliyyə ilinin nəticələri üzrə illik dividendlərin ödənilməsi.