- Son vaxtlar bir çox yerlərdə müştərilərə mobil telefonla ödəniş təklif olunur. Mobil POS-Terminalla ödəniş etmək nə dərəcədə təhlükəsizdir?
- Gələn il vergi qanunvericiliyində bir sıra dəyişikliklər olacaq. Yeniliklərin təfərrütlarını Dövlət Vergi Xidmətinin rəsmisi "İqtisadi Zona"da açıqlayıb.
- Kirayə müqaviləsi kirayəçi və ev sahibinin üzərinə hansı öhdəliklər qoyur? Bu müqaviləyə əməl edilməməsi hansı məsuliyyəti yaradır?
- Göyçayda nar yığımı davam edir. Məhsulun bağdan bazara qədər dəyişən qiymətini araşdırmışıq.
Bu və digər xəbərlərlə İqtisadiyyat Nazirliyi yanında DVX-nin ATV kanalı ilə birgə layihəsi olan "İqtisadi zona" proqramının 8 noyabr 2026-cı il tarixli buraxılışında tanış ola bilərsiniz. Verilişin qonağı Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev Günel Bəhramqızının suallarını cavablandırıb.
