29 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi Məcəlləsindəki dəyişikliklər təsdiq edilib VİDEO

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunu təsdiqləyib.

Qanuna əsasən, Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri sahibkarlıq və investisiya fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasından ibarətdir.

Sahibkarlıq fəaliyyətinin təşviqi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində dəyişikliklərə görə, dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqləri, bir sıra mədəniyyət sahələrinə vergi güzəştləri verilib. Vergi Məcəlləsində öz əksini tapan və 1 yanvar 2025-ci il tarixində müddəti bitən bir sıra güzəştlərin müddəti uzadılıb. Bundan başqa, investisiya mühitinin təkmilləşdirilməsi məqsədilə qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən ödəmə mənbəyində tutulan verginin dərəcəsinin azaldılması, xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin 2025-ci ilin yanvar ayının 1-dən etibarən 2 il müddətinə yol vergisindən azad edilməsi, qeyri-rezidentin sifarişi əsasında gəmiqayırma və gəmi təmiri müəssisələri tərəfindən gəmilərin, digər dəniz və su nəqliyyatı vasitələrinin, hidrotexniki qurğuların təmiri üzrə xidmətlərin göstərilməsinin ƏDV-yə “0” dərəcə ilə cəlb edilməsi nəzərdə tutulur.

Vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi ilə bağlı dəyişikliklərə bazarlara nəzarət, qiymətli daşların, qiymətli metalların və onlardan hazırlanmış məmulatların, mədəniyyət məhsullarının, rəsmi reyestrdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ödənişləri nağd qaydada qəbul edən şəxslərə maliyyə sanksiyasının tətbiqi, idxal malları barədə məlumat forması təqdim etməli olan idxalçıların dairəsinin məhdudlaşdırılması və bu sahədə inzibatçılığın dəqiqləşdirilməsi daxildir.

Dəyişikliklərdə bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə 75% vergi güzəştinin müvafiq tələblərlə şərtləndirilmədən tətbiqi, bina tikintisi sahəsində gəlirlərin və gəlirdən çıxılan xərclərin vergitutma məqsədləri üçün dəqiq təsbit edilməsi mexanizminin müəyyənləşdirilməsi məsələləri də yer alır.

Beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin yaxşılaşdırılması məqsədilə edilmiş dəyişikliklər sırasında transmilli şirkətlər qrupuna daxil olan müəssisə tərəfindən bildirişin vergi orqanına təqdim edilməsi tələbinin müəyyənləşdirilməsi və bu tələbin pozulmasına, eləcə də transfer qiyməti ilə bağlı sənədlərin və məlumatların vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. məsələlər əhatə olunub.

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Nazirlər Kabineti vergitutma məqsədləri üçün amortizasiya və təmir xərclərinin uçotunun aparılması mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Bununla yanaşı, Nazirlər Kabineti müvafiq normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması