18 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı?

İşlədiyim müəssisədə yemək xərcinin əvəzi (5 manat) birbaşa işçilərə ödənilir. Ödənilmiş məbləğlər Vergi Məcəlləsinin 109.3-cü maddəsinə və Nazirlər Kabinetinin “Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Normaları və Qaydası”nın 2.1.3-cü bəndinə əsasən gəlirdən çıxılan xərclərə aid edilir. Bəs işçilərə ödənilən 5 manat yemək xərcinə görə işçilərdən gəlir vergisi tutulmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əməkhaqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. Vergi Məcəlləsinin 98.2.3-ci maddəsinə əsasən, bu Məcəllənin 119.2-ci maddəsində nəzərdə tutulmuş xərclər istisna olmaqla, işçinin xərclərinin əvəzi ödənildiyi halda - ödənilən vəsaitin məbləği muzdlu işdən gəlir hesab edilir.

Xidmətdən bildirilib ki, Vergi Məcəlləsinin 119.2-ci maddəsində nümayəndəlik xərcləri, işçilərlə bağlı mənzil və yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər qeyd olunub.

Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş Qaydanın 2.1-ci bəndinə əsasən, işçilərlə bağlı yemək xərcləri, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclər norma daxilində vergitutma məqsədləri üçün gəlirdən çıxılan xərclərə aid edilir.

Qaydaya əsasən, işçilərlə bağlı yemək xərclərinin hər bir işçi üzrə gəlirdən çıxılan gündəlik norması yemək xərclərinin əvəzi birbaşa işçiyə ödənildikdə - 5 (beş) manat, iaşə xidməti işəgötürənin özü tərəfindən təmin edildikdə və ya ictimai iaşə fəaliyyəti göstərən digər vergi ödəyicisindən alındıqda - 5 (beş) manat məbləğində təyin olunub. Həmçinin, yemək xərclərinin əvəzi nağdsız qaydada birbaşa işçiyə ödənildikdə gəlirdən çıxılan xərclərə aid edilir.

Nəzərinizə çatdırırıq ki, norma daxilində ödənilən yemək xərcləri işçinin gəliri hesab edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 119-cu maddələri, Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?