22 Yanvar 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi yükünün azaldılması gəlirlərin şəffaflaşmasına yol açır

Vergi Məcəlləsinə əlavə edilən 18-ci fəslin 224.6-cı maddəsinə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən bu Məcəllənin 124-cü maddəsi üzrə fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır. Bu, pandemiyanın təsirlərinə daha çox məruz qalan sahələrdə çalışan sahibkarlara şamil olunur. Yeniliyə əsasən, icarə haqqına görə ödəmə mənbəyində tutulan verginin məbləği 1 il müddətinə 50 faiz azaldılaraq 14 faizdən 7 faizə endililib.

Qanunvericiliyin tələbini şərh edən "Unipirice" Ekspertiza və Qiymətləndirmə Mərkəzinin direktoru Ramil Qasımzadə bunun əmlak bazarı üçün çox vacib olduğunu deyir: "İcarə ilə bağlı vergi yükünün azaldılması xüsusilə kommersiya obyektlərinin icarə qiymətlərin aşağı düşməsinə, eləcə də sahibkarların xərclərinin azalmasına səbəb olacaq. Bu, sahibkarlara həmin xərcləri başqa istiqamətlərə yönəltməyə, sahibkarlıq fəaliyyətlərini inkişaf etdirməyə imkan verir.

Pandemiya ilə bağlı olaraq bir sıra iş yerləri, müəssisələr tam fəaliyyətsiz qalıb ki, bu da ümumi işgüzar mühitə və dövriyyəyə mənfi təsir edir. Dövriyyədə olan pul kütləsinin azalması zəncirvari formada digər sahələrə də təsir göstərir.

Ödəmə mənbəyində tutulan verginin məbləğinin azaldılması icarədən əldə edilən gəlirlərin şəffaflaşmasına, əmlak sahibləri ilə icarəçilər arasında rəsmiləşmələrin artmasına kömək edə bilər. İcarəyə görə verginin yüksək olması, bir çox hallarda vergidən yayınmalara səbəb olur. Bu, daha çox mənzillərin, fərdi evlərin kirayəsində özünü göstərir. Vergi verməmək üçün kirayəçi ilə mənzil sahibi şifahi razılıq əsasında ödənişləri həyata keçirir, münasibətləri rəsmiləşdirmirlər. Bu isə mənzil sahiblərinin ziyanınadır. Hər hansı problem baş verəndə, məsələn, kirayə haqqı ödənilməyəndə əmlak sahibi ziyan çəkir, rəsmi müqavilə olmadığına görə məhkəməyə müraciət edə bilmir. Düşünürəm ki, vergi yükü az olduqda kirayə və icarə müqavilələrini bağlayanların sayı artacaq və bu da vergi daxilolamalarının artmasına müsbət təsir edəcək.

Fərqanə ALLAHVERDİQIZI

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?