2 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

2019-cu ilin fevral ayı ərzində vergi orqanına təqdim olunmalı bəyannamələr, ödənilməli vergilər və sığorta haqları barədə  Y A D D A Ş

2019-cu ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları

  • Əlavə dəyər vergisi bəyannaməsi;
  • Aksiz vergisi bəyannaməsi;
  • Yol vergisi bəyannaməsi;
  • Mədən vergisi bəyannaməsi;
  • Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
  • Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi

2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim olunmuş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.

  • Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).

  • Muzdlu işlə əlaqədar 2019-cu ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübü üzrə bəyannaməni 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edirlər).

  • Xüsusi notariusların 2019-cu ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 1-ci rübü üzrə bəyannamə cari ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).

  • Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin fevral ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.

Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən

2019-cu ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.

Qeyd: 20.04.2019-cu il qeyri-iş gününə təsadüf etdiyindən, həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim olunmasının son müddəti 22.04.2019-cu il tarixinə keçirilmişdir.

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ