2019-cu ilin fevral ayı ərzində
vergi orqanına təqdim olunmalı bəyannamələr, ödənilməli vergilər və sığorta haqları barədə
Y A D D A Ş
2019.02.04 16:57 (UTC+04:00)
2019-cu ilin yanvar ayına görə vergi ödəyiciləri tərəfindən tədiyyəçisi olduqları
- Əlavə dəyər vergisi bəyannaməsi;
- Aksiz vergisi bəyannaməsi;
- Yol vergisi bəyannaməsi;
- Mədən vergisi bəyannaməsi;
- Pul vəsaitlərinin nağd çıxarılmasına görə sadələşdirilmiş verginin bəyannaməsi və
- Uduşlardan (mükafatlardan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan vergi bəyannaməsi
2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və təqdim olunmuş bəyannamələr üzrə hesablanmış vergilər həmin müddətədək tam həcmdə dövlət büdcəsinə ödənilməlidir.
- Daşınmaz əmlakın təqdim edilməsi üzrə sadələşdirilmiş verginin bəyannaməsi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir (vergi əməliyyat aparıldığı gün - 1 bank günü ərzində ödənilir).
- Muzdlu işlə əlaqədar 2019-cu ilin yanvar ayı üzrə ödəmə mənbəyində hesablanaraq tutulan vergi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (ƏDV və sadələşdirilmiş verginin ödəyiciləri bəyannaməni illik – 2020-ci ilin yanvar ayının 31-dən gec olmayaraq, digər vergi ödəyiciləri 2019-cu ilin 1-ci rübü üzrə bəyannaməni 2019-cu ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edirlər).
- Xüsusi notariusların 2019-cu ilin yanvar ayı üzrə hesabladığı gəlir vergisi 2019-cu ilin fevral ayının 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir (2019-cu ilin 1-ci rübü üzrə bəyannamə cari ilin aprel ayının 22-dən gec olmayaraq təqdim edilməlidir).
- Məcburi dövlət sosial sığortası və işsizlik sığortası üzrə 2019-cu ilin yanvar ayı üzrə hesablanmış sığorta haqları 2019-cu ilin fevral ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Əmlak vergisinin ödəyiciləri olan müəssisələr tərəfindən
2019-cu ilin 1-ci rübü üzrə hesablanmış əmlak vergisinin cari ödəmələri fevral ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
Qeyd: 20.04.2019-cu il qeyri-iş gününə təsadüf etdiyindən, həmin tarixdə təqdim edilməli bəyannamələrin təqdim olunmasının son müddəti 22.04.2019-cu il tarixinə keçirilmişdir.