14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Torpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması

VÖEN-i olmayan fiziki şəxs özünə məxsus torpağı başqa torpaqla barter müqaviləsi əsasında dəyişərsə, bu zaman sadələşdirilmiş vergi hansı maddələr əsasında və hansı qaydada hesablanır?

İqtisadiyyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “Barter” dedikdə, malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.

Vergi Məcəlləsinin 218.4.5-ci maddəsinə əsasən, mülkiyyətində olan torpaq sahələrinin təqdim edilməsini həyata keçirən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Mülkiyyətdə olan torpaq sahələrinin təqdim edilməsindən aşağıdakı hallarda vergi tutulmur:

- torpaq sahəsinin hədiyyə, maddi yardım və ya miras formasında ailə üzvlərinə verilməsi;

- torpaq sahəsinin ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi;

- torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması.

Fiziki şəxs tərəfindən torpaq sahəsinin təqdim edilməsi zamanı notarius tərəfindən torpaq sahələrinin hər kvadratmetri üçün 0,5 manat məbləğində (torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq) Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla ödəmə mənbəyində sadələşdirilmiş vergi tutulur. Kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi həmin Məcəllənin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır.

Vergi Məcəlləsinin 206.1-1-ci maddəsində qeyd edildiyi kimi, kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilir.

Qeyd olunanlar barədə ətraflı məlumatı torpaq sahəsinin təyinatı və yerləşdiyi ərazi haqda məlumat verməklə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?