8 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mal mübadiləsi zamanı vergitutma

Qəbələ ərazisindəki torpaq sahəmi həmin ərazidəki digər torpaq sahəsi ilə dəyişdirmək istəyirəm (barter müqaviləsi vasitəsilə). Barter müqaviləsi üzrə hər iki tərəfin ödəməli olduğu vergiləri (Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad edilməklə) bildirməyinizi sizdən xahiş edirəm.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “barter” dedikdə malların (işlərin və ya xidmətlərin) mübadiləsi nəzərdə tutulur. Hər hansı fiziki və ya hüquqi şəxs aldığı malların (işlərin və ya xidmətlərin) qarşılığında qarşı tərəfə pul vəsaiti deyil, müvafiq olaraq, mallar (işlər və ya xidmətlər) təqdim edir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14.3.1-ci maddəsinə əsasən, barter (mal mübadiləsi) zamanı vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir.

Qeyd olunanlara əsasən vergi ödəyicisi tərəfindən digər şəxslərə əvəzsiz qaydada verilmiş malların bazar qiyməti ilə dəyəri vergi ödəyicisinin vergi tutulan gəlirlərinə, həmin malların dəyəri isə gəlirdən çıxılan xərclərinə aid edilir.

Barter əməliyyatının elektron qaimə-fakturada göstərilən məbləği azaldılmışdırsa, vergi orqanı vergitutma obyektlərini bazar qiymətləri nəzərə alınmaqla dəqiqləşdirir, verginin məbləğini yenidən hesablayır və Azərbaycan Respublikasının vergi qanunvericiliyinin pozulmasına görə nəzərdə tutulan sanksiyaları tətbiq edir.

Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Torpağın təqdim edilməsi ƏDV məqsədləri üçün vergitutma obyekti deyil.

VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır?