3 İyun 2023

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Vergi Xidmətinin rüşvət almaqda təqsirləndirilən iki əməkdaşı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar

Ölkəmizdə əhalinin sosial rifahına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərə, o cümlədən müxtəlif sahələrdə korrupsiya hüquqpozmalarına və onları törətmiş vəzifəli şəxslərə qarşı mübarizə istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi iradəsinə müvafiq olaraq kompleks, sistemli və ardıcıl tədbirlər davam etdirilməkdədir.

Baş Prokurorluğun və İqtisadiyyat Nazirliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilir ki, dövlətimizin başçısı tərəfindən bu istiqamətdə qarşıya qoyulmuş vəzifələrin icra edilməsi məqsədilə şəxsi maraqlarını güdməklə dövlət məmurunun peşəkar davranış qaydalarına və etik normalara riayət etməyən, korrupsiya cinayətləri törətmiş vəzifəli şəxslərin qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin qanunsuz əməlləri barədə daxil olmuş məlumatlar əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparılıb.

Araşdırma zamanı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinin Operativ vergi nəzarəti idarəsinin əməkdaşları Azər Allahverdiyevin və Cahid Tahirovun qabaqcadan əlbir olaraq vətəndaşa məxsus çörək sexinə gələrək cari il ərzində vergi yoxlamalarının keçirilməməsi müqabilində 6000 manat məbləğində pul tələb etdiyi müəyyən olunub.

Xüsusi texniki vasitələrdən istifadə edilməklə aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hər iki vəzifəli şəxs həmin məbləğin bir qismini mayın 4-də rüşvət kimi alarkən cinayət başında yaxalanıblar.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3-cü (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Həmin cinayət əməlinin A.Allahverdiyev və C.Tahirov tərəfindən törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunublar.

Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İqtisadiyyatSahibkar Kəmalə Eynullayeva: “Kiçik və orta sahibkarlığın inkişafı məşğulluğun təmin olunmasına imkan verir” VergiŞəhid övladları üçün müəyyənləşdirilmiş vergi güzəştində yaş həddi qoyulurmu? İqtisadiyyatLeonid Zayats: “İqtisadi əməkdaşlıq Belarus-Azərbaycan əlaqələrinin inkişafının flaqmanıdır” VergiOnlayn təlimlərə görə qeyri-rezidentin ƏDV-yə cəlb olunması VergiNaxçıvanda uçot məlumatlarının dürüstləşdirilməsinə başlanılıb İqtisadiyyatPwC: Azərbaycanda şirkətlər ölkə iqtisadiyyatının daha da yüksələcəyinə əmindirlər VideoVergi ödəyicilərinin nəzərinə! Ekspert RəyiFiziki şəxs icarə müqaviləsi bağlamadıqda onu hansı təhlükə gözləyir? VergiMəktəbdə ödənişli sınaq imtahanları təşkil etmək sahibkarlıq fəaliyyəti hesab olunurmu? İqtisadiyyatXorvatiya ilə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar var