20 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda konfrans keçirilir

Fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı münasibətilə konfrans keçirilib. Tədbirdə vergi orqanlarının əməkdaşları, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, iqtisadçı ekspertlər və iş adamları iştirak ediblər.

Konfransda "Vergi islahatları: birlikdə kölgədən işıqlığa doğru" mövzusunda təqdimatla çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov 2019-cu ildə ölkəmizin iqtisadi inkişafı, vergi siyasətinin əsas istiqamətləri və vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində və inzibatçılığında edilmiş dəyişikliklər və onların ölkə iqtisadiyyatına təsiri, şəffaflıq istiqamətində yeni çağırışlar, vergi orqanlarının sahibkarlarla qurduğu iş prinsipləri barədə danışıb.

Nazir bildirib ki, 2019-cu ildə iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin qismən də olsa, "kölgə"dən çıxmasına səbəb olub. Bütövlükdə, işgüzar cəmiyyətin yeni münasibətlər kontekstinə müsbət yanaşması aparılan siyasətin düzgünlüyünü, şəffaflığın isə alternativsizliyini bir daha sübut edir.

M.Cabbarov vergi sisteminin iqtisadi tənzimlənmədə mühüm rol oynadığını və sahibkarlığın inkişafının əsas hədəflərdən biri olduğunu qeyd edib, iqtisadi inkişafın işgüzar aktivliyə və biznesin çevikliyinə bağlı olduğunu, böyük sayda kiçik və orta biznesin məşğulluq və dayanıqlı iqtisadiyyat üçün möhkəm bünövrə yaratdığını vurğulayıb.

İqtisadiyyat naziri şəffaf işləyən bütün sahibkarlara təşəkkür edib.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?