2 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikro sahibkarlıq subyektlərində güzəştlər

Mikro sahibkarlıq subyekti əvvəlki il üzrə illik gəliri 180.000 manata, işçilərinin orta siyahı sayı isə 9 nəfərə qədər olan müəssisədir. Müəssisənin əvvəlki il üzrə balansında qalıq dəyəri 2 milyon manat olan avadanlıq mövcuddur. Bu halda mikro sahibkarlıq subyektlərinə tətbiq edilən güzəştlər cari ildə bu müəssisəyə şamil olunurmu?

Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan mikro sahibkarlıq subyektlərinin əmlak vergisini ödəməkdən azad olunması istisna edilib. Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olduğu halda həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir.

Göründüyü kimi, müəssisənizin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1.000.000 manatdan artıq olduğundan mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma bu müəssisəyə şamil olunmur.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?