Vergilər Nazirliyindən bildirilib ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan mikro sahibkarlıq subyektlərinin əmlak vergisini ödəməkdən azad olunması istisna edilib. Buna əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olduğu halda həmin müəssisə ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir.
Göründüyü kimi, müəssisənizin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri 1.000.000 manatdan artıq olduğundan mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma bu müəssisəyə şamil olunmur.