18 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İşçinin ödədiyi və ya aldığı aliment üzrə gəlir vergisinin hesablanması

Vergi Məcəlləsinin tələblərinə görə, (maddə 102.1.5) alimentlər gəlir vergisindən azaddır və burada diqqət yetirməli məqamlar var. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Qanunvericiliyə əsasən, alimenti ödəyən şəxs yox, onu alan şəxs həmin alimentin məbləği qədər gəlir vergisindən azaddır.

Tutaq ki, işçinin aylıq əməkhaqqı 100 manatdır. İşçi boşandığına görə ayda 40 manat aliment alır. Aliment onun iş yerinə ödənilir. Bu zaman işçinin aylıq gəliri 140 manat olsa da, onun 100 manatı gəlir vergisinə cəlb olunacaq.

Aliment məsələsində bir maraqlı məqam da onun necə hesablanıb ödənilməsi ilə bağlıdır.

Misal. Tutaq ki, məhkəmə işçinin aylıq əməkhaqqından 25 faiz aliment tutub ödənilməsi haqqında qərar çıxarıb. Dövlət müəssisəsində çalışan işçinin aylıq əməkhaqqı əsas iş yerində 250 manatdır. Burada sual yaranır ki, aliment hansı məbləğdən: 250 manatdan, yoxsa vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanmalıdır? Qaydalara əsasən, aliment vergi tutulduqdan sonra ödənilməlidir. Əvvəlcə 250 manatdan 7 manat gəlir vergisi (250-200) *14%), 5 manat sosial ayırma (250*3%) və 1,25 manat icbari sığorta (250*0,5 %) tutulduqdan sonra yerdə qalan 234,25 manatın (250-7, 00-7, 5-1,25) 25 faizi hesablanmalı və 58,56 manat (234,25*25%) aliment kimi ödənilməlidir.

Hazırladı:
Fəxriyyə İKRAMQIZI

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri