Qanunvericiliyə əsasən, alimenti ödəyən şəxs yox, onu alan şəxs həmin alimentin məbləği qədər gəlir vergisindən azaddır.
Tutaq ki, işçinin aylıq əməkhaqqı 100 manatdır. İşçi boşandığına görə ayda 40 manat aliment alır. Aliment onun iş yerinə ödənilir. Bu zaman işçinin aylıq gəliri 140 manat olsa da, onun 100 manatı gəlir vergisinə cəlb olunacaq.
Aliment məsələsində bir maraqlı məqam da onun necə hesablanıb ödənilməsi ilə bağlıdır.
Misal. Tutaq ki, məhkəmə işçinin aylıq əməkhaqqından 25 faiz aliment tutub ödənilməsi haqqında qərar çıxarıb. Dövlət müəssisəsində çalışan işçinin aylıq əməkhaqqı əsas iş yerində 250 manatdır. Burada sual yaranır ki, aliment hansı məbləğdən: 250 manatdan, yoxsa vergilər tutulduqdan sonra qalan məbləğdən hesablanmalıdır? Qaydalara əsasən, aliment vergi tutulduqdan sonra ödənilməlidir. Əvvəlcə 250 manatdan 7 manat gəlir vergisi (250-200) *14%), 5 manat sosial ayırma (250*3%) və 1,25 manat icbari sığorta (250*0,5 %) tutulduqdan sonra yerdə qalan 234,25 manatın (250-7, 00-7, 5-1,25) 25 faizi hesablanmalı və 58,56 manat (234,25*25%) aliment kimi ödənilməlidir.
Hazırladı:
Fəxriyyə İKRAMQIZI