10 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda iqtisadiyyatın rəqəmsallaşdırılması nəticəsində yaranan vergi problemlərinə həsr olunmuş beynəlxalq tədbir keçiriləcək

Oktyabrın 8-dən 10-dək Bakıda Avrasiya ölkələri üçün Vergitutma Bazasının Aşınmasına və Mənfəətin Vergitutmadan Yayındırılmasına (Base Erosion and Profit Shifting, BEPS) qarşı V regional iclas keçiriləcək. Tədbir İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropa Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Azərbaycan Vergilər Nazirliyi tərəfindən təşkil ediləcək.

OECD-nin məlumatında qeyd olunur ki, bu cür görüşlər bütün ölkələrə OECD-nin BEPS üzrə qəbul etdiyi planın regional əsasda həyata keçirilməsi ilə bağlı təcrübəsini bölüşməyə imkan verir. İclasın əsas mövzusu iqtisadiyyatın rəqəmsallaşması nəticəsində yaranan vergi problemlərinin həllinə yönəlmiş "inklüziv qrup"un (OECD üzvü olan ölkələr və G20 ölkələri tərəfindən BEPS layihəsinin həyata keçirilməsi üçün yaradılıb) son dövrlərdə gördüyü işlərin müzakirəsi olacaq.

İclasda Avrasiya ölkələrinin maliyyə və vergi administrasiyalarının nümayəndələri, yüksək vəzifəli şəxslər, həmçinin texniki ekspertlər, OECD və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, BEPS planı 15 addımdan ibarətdir. Hər bir addım ayrı bir vergi probleminin və təklif olunan həllərin təsviridir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?