6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
DVX ADA Universitetində təşkil olunmuş Karyera Sərgisində iştirak edib

DVX ADA Universitetində təşkil olunmuş Karyera Sərgisində iştirak edib

ADA Universitetində müxtəlif sahələri təmsil edən qurumlarla tələbələri bir araya gətirən 14-cü Karyera Sərgisi baş tutub. Miqyasına görə fərqlənən builki tədbirdə 150 yerli və beynəlxalq şirkətin, habelə dövlət qurumlarının 400-ə yaxın nümayəndəsi iştirak ediblər.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ənənəvi olaraq bu il də sərgidə xüsusi stendlə təmsil olunub. DVX nümayəndələri tələbə və məzunların suallarını cavablandıraraq, vergi orqanlarına işə qəbul prosesi və qurumun peşəkar inkişaf imkanlarını diqqətə çatdırıblar. Tədbir zamanı DVX-nin Yay Təcrübə Proqramı gənclərin böyük marağına səbəb olub.

Tələbələrə proqramın seçim meyarları və üstünlükləri barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, DVX-nin Yay Təcrübə Proqramına qəbul davam edir. Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 10 may 2026-cı il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2026” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması