ADA Universitetində müxtəlif sahələri təmsil edən qurumlarla tələbələri bir araya gətirən 14-cü Karyera Sərgisi baş tutub. Miqyasına görə fərqlənən builki tədbirdə 150 yerli və beynəlxalq şirkətin, habelə dövlət qurumlarının 400-ə yaxın nümayəndəsi iştirak ediblər.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ənənəvi olaraq bu il də sərgidə xüsusi stendlə təmsil olunub. DVX nümayəndələri tələbə və məzunların suallarını cavablandıraraq, vergi orqanlarına işə qəbul prosesi və qurumun peşəkar inkişaf imkanlarını diqqətə çatdırıblar. Tədbir zamanı DVX-nin Yay Təcrübə Proqramı gənclərin böyük marağına səbəb olub.
Tələbələrə proqramın seçim meyarları və üstünlükləri barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, DVX-nin Yay Təcrübə Proqramına qəbul davam edir. Proqramda iştirak etmək üçün sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə 10 may 2026-cı il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı 2026” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.