13 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi?

Nizamnamə əsasında fəaliyyət göstərən “X” MMC avtomobil icarəsi fəaliyyəti ilə məşğuldur və bu fəaliyyət çərçivəsində bir vətəndaşdan avtomobil alıb. Həmin əməliyyatı alış aktı vasitəsilə sistemdə qeyd etmək istəyir, lakin sistemdə vətəndaşın VÖEN-nin olduğu göstərildiyi üçün alış aktının tərtibinin mümkün olmadığı bildirilir. Lakin sözügedən avtomobil vətəndaşın VÖEN-i ilə bağlı fəaliyyətinə aid deyil. O, avtomobili şəxsi istifadəsi üçün əldə edib və hazırda fiziki şəxs kimi satır. Eyni zamanda, həmin şəxs VÖEN üzrə sadələşdirilmiş vergi ödəyicisidir. Elektron qaimə-faktura tərtib edilərsə, fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnu itirə bilər. Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə aid olmayan əməliyyatının onun VÖEN-i üzərindən aparılması düzgün hesab edilmir. Satış predmeti sadə minik avtomobilidir, yük avtomobili deyil. Satılan avtomobilin dəyəri 120.000 manat təşkil edir. Halbuki fiziki şəxsin illik dövriyyəsi təxminən 15.000-20.000 manat olacaq. Qeyd olunanları nəzərə alaraq, məsələni hüquqi baxımdan təhlil etməyinizi xahiş edirik. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinin müddəalarına əsasən, hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv) mal anlayışı ilə əhatə olunur. Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alındıqda alınmış mallara görə alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir. Eyni zamanda, Mülki Məcəllənin 139.2-ci maddəsinə əsasən, daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. “Yol hərəkəti haqqında” Qanunun 27-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar.

Qeyd olunanlara əsasən, sorğuda göstərilən halda, fiziki şəxslərdən alışı həyata keçirilən nəqliyyat vasitələri üzrə mülkiyyət hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alındığından, həmin nəqliyyat vasitəsinə görə Vergi Məcəlləsinin 71-2-ci maddəsində göstərilən elektron alış aktının tərtib edilməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 71-2-ci maddələri, Mülki Məcəllə və “Yol hərəkəti haqqında” Qanun

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?