25 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?

İşçi məcburi köçkündür və Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, vergi tutulan gəlirləri 100 manat azaldılır. Eyni zamanda, onun himayəsində 3 nəfər 18 yaşına çatmayan məktəbli var. Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunur ki, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu halda, işçi hər iki vergi güzəştindən yararlana bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin eyni zamanda Vergi Məcəlləsinin 102.1-1-ci, 102.2-ci, 102.3-cü və 102.4-cü maddələri üzrə güzəşt hüququ olduqda, həmin şəxsə bu güzəştlərdən yalnız biri - məbləğcə ən böyük olanı verilir.

Vergi Məcəlləsinin 102.4.5-ci maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil olunmur.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilir.

Sorğuda qeyd olunan halda, yəni fiziki şəxsin Vergi Məcəlləsinin 102.4.5-ci və 102.5-ci maddələrində nəzərdə tutulmuş güzəştlərə hüququ olduqda, həmin şəxs hər iki güzəştdən yararlana bilər.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar?