1 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Aliment alan valideynə vergi güzəşti verilirmi?

Aliment alan valideynə vergi güzəşti verilirmi?

Rəsmi statistikaya görə, 2018-ci ildə qeydə alınmış boşanmaların sayı 14 min 857 olub. Boşanmalardan sonra atılan ilk addım məhz uşaqların inkişafını maddi cəhətdən təmin etmək üçün alimentin təyin edilməsidir. Uşaqların kiminlə qalması müəyyən edildikdən sonra qarşı tərəfə bu öhdəlik qoyulur. Bəs aliment öhdəliyini yerinə yetirən valideyn işlədiyi yerdə əməkhaqqından vergi ödəyərkən hər hansı güzəşt əldə edə bilərmi? Sağlamlıq imkanları məhdud olan uşaqlar adətən anaları ilə qalırlar. Bu zaman ona aliment verən ataya hər hansı vergi güzəşti verilirmi? 

Suallara Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilib ki, qanunvericiliklə alimenti ödəyən şəxsin deyil, alimenti alan şəxsin əməkhaqqı gəlir vergisindən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Daimi qulluq tələb edən uşaq atası ilə yaşamadığı üçün güzəştlər atanın gəlirlərinə şamil edilmir.

Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən, aliment məbləğləri vergidən azaddır.

VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu?