Aliment alan valideynə vergi güzəşti verilirmi?

2019.08.29 10:48 (UTC+04:00)

Suallara Vergilər Nazirliyi tərəfindən aydınlıq gətirilərək bildirilib ki, qanunvericiliklə alimenti ödəyən şəxsin deyil, alimenti alan şəxsin əməkhaqqı gəlir vergisindən azad edilib. Eyni zamanda, Vergi Məcəlləsinin 102.4.4-cü maddəsinə əsasən daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideynlərdən birinin (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Daimi qulluq tələb edən uşaq atası ilə yaşamadığı üçün güzəştlər atanın gəlirlərinə şamil edilmir.

Vergi Məcəlləsinin 102.1.5-ci maddəsinə əsasən, aliment məbləğləri vergidən azaddır.