6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?

Fərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir?

Fərdi sahibkar kimi fiziki şəxsdən (vətəndaşdan) mənzil kirayə götürmüşəm. Həmin mənzili müqavilə əsasında əməkdaşlarının yaşaması üçün hüquqi şəxsə  kirayəyə vermişəm. Mənzildən təyinatı üzrə istifadə olunur. Bilmək istərdim: fərdi sahibkar fiziki şəxsə kirayə haqqını ödəyərkən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz, yoxsa 14 faiz vergi tətbiq olunur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xİdmətindən bildiirlib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən ödəmə mənbəyində 14 faiz, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirdən isə ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Vergi Məcəlləsinin 150.1.6-cı maddəsinə uyğun olaraq, bu maddədə nəzərdə tutulan ödəmələri həyata keçirən hüquqi şəxslər, sahibkarlar və qeyri-sahibkarlıq fəaliyyətindən gəlir əldə edən fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. İcarə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.

İcarə (kirayə) haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə isə icarəyə (kirayəyə) verən özü və ya onun təyin etdiyi vergi agenti, müvafiq olaraq, bu maddəyə uyğun qaydada 14 faiz (icarəyə münasibətdə) və ya 10 faiz (kirayəyə münasibətdə) dərəcə ilə vergini ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?