6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?

“Fərqlənmə nişanı” alan vergi ödəyicisinin digər xidmətlərdən əldə etdiyi gəlirlərin uçotu necə aparılır?

Vergi ödəyicisi ikili fəaliyyətlə məşğuldur, həm bir şirkətin işçilərini öz avtobusu ilə daşıma həyata keçirir (fərqlənmə nişanı alır), həm də digər şəxslərə xidmət göstərir. Göstərdiyi xidmətə görə mənfəət vergisi bəyannaməsi təqdim edib. Belə olan halda, “Fərqlənmə nişanı” alındığı dövriyyə yenidən mənfəət dövründə qeyd olunmalıdır, yoxsa uçot ayrıca aparıldıqda sərnişindaşımaya görə “Fərqlənmə nişanı” nəzərə alınaraq, həmin qaimə təkrar mənfəət dövriyyəsinə aid edilmir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsinə əsasən, mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin daşımalarını, o cümlədən taksi xidmətlərini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu fəaliyyətlə bağlı vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada “Fərqlənmə nişanı” almaqla yerinə yetirilir. “Fərqlənmə nişanı” hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək, öz istəklərinə uyğun olaraq, növbəti ay, rüb, yarımil və ya il üçün Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin AYNA informasiya sistemi vasitəsilə elektron qaydada alınmalıdır.

Vergi Məcəlləsinin 221.6-ci maddəsinə əsasən, 218.4-cü maddədə göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə olunmuş mənfəətə (zərərə) aid edilmir.

Əsas:Vergi Məcəlləsinin 218.4-cü və 221.6-cı maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?