14 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi?

2024-cü ildə şirkətimiz tərəfindən yükdaşıma xidməti aldığımız fərdi sahibkar vergilərini “Fərqlənmə nişanı” alarkən ödədiyini əsas gətirməklə elektron qaimə-faktura verməkdən imtina edib. Bu il həmin sahibkardan yenidən yüklərin daşınması xidməti almağı düşünürük. Sözügedən fəaliyyətlə bağlı Vergi Məcəlləsinin hansı tələbləri vardır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 221.4.7-ci maddəsində edilmiş dəyişikliklərə əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi tələb edilmir və qeyd olunan öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir.

Qeyd olunan tarixdən ölkə ərazisində yük daşımalarını həyata keçirən vergi ödəyiciləri vergi öhdəliklərini sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ olduqda sadələşdirilmiş verginin (2 faiz) və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi, habelə könüllü və ya dövriyyəsindən asılı olaraq məcburi ƏDV qeydiyyatına alınmaqla yerinə yetirirlər.

Bununla yanaşı, yükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi tərəfindən yüklərin daşınması zamanı xidmətin alıcısına elektron qaimə-faktura təqdim edilməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-6-cı maddəsində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən vergi ödəyicisi kimi uçotda olan şəxslərə mal, iş və xidmətlərlə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura göndərmək vergi ödəyicisinin vəzifəsidir.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən, işləri görən və xidmətləri göstərən vergi ödəyiciləri elektron qaimə-fakturanı işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim (tərtib) etməlidirlər.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 16-cı, 71-1-ci və 221-ci maddələri ilə tənzimlənir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?