6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?

Toyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi?

Müəssisə toyuq ətinin idxalı və heç bir emal əməliyyatlarına məruz qalmadan satışı ilə məşğuldur. 2024-cü il ərzində müəssisə tərəfindən 150.000 manat dəyərində toyuq əti idxal olunub və gömrükdə 27.000 manat ƏDV ödənilib. Toyuq ətinin satışı ƏDV-dən azad olunsa da müəssisə idxal etdiyi ət məhsullarını 18 faiz ƏDV tətbiq etməklə satıb. Bu zaman müəssisənin idxal zamanı ödədiyi ƏDV məbləğini əvəzləşdirmək hüququ yaranırmı? 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, heyvan və quş ətinin, o cümlədən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan heyvan və quş ətinin satışı Vergi Məcəlləsinin 164.1.37-ci maddəsinə əsasən ƏDV-dən azad olunan əməliyyatdır və həmin məhsulların idxalı zamanı ödənilən ƏDV məbləği əvəzləşdirilmir, əvəzləşdirilməyən ƏDV məbləğləri məhsulun dəyərinə aid edilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 159.8-ci maddəsinin müddəalarına əsasən, ƏDV-dən azad olunan əməliyyatlar ƏDV tətbiq edilməklə aparıldığı halda, bu əməliyyatlar ƏDV tutulan əməliyyat sayılır.

Sorğuda göstərilən halda, satışı ƏDV-dən azad olunan quş ətinin ƏDV tətbiq edilməklə satılması Vergi Məcəlləsinin 159.8-ci maddəsinə əsasən ƏDV-yə cəlb olunan əməliyyat sayılır və tam satış dəyərindən 18 faiz ƏDV hesablanır. Bu zaman ƏDV tətbiq edilməklə satılan quş ətinin idxalına görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilir.

Yuxarıda qeyd olunanlar Vergi Məcəlləsinin 159-cu, 164-cü və 175-ci maddələri ilə tənzimlənir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?