6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması

Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması

Fiziki şəxs London Fond Birjasında ticarətə buraxılan “Y” ASC-yə məxsus nominal dəyəri 100 dollar təşkil edən iki ədəd səhmi 2025-ci ildə hər biri 50 dollar olmaqla alıb və eyni zamanda xarici investisiya şirkətinə səhmlərin satış dəyərinin 3 faizi miqdarında komisyon haqq ödəyib. O, sonradan bu səhmləri eyni fond birjasında 200 dollara satıb. Bu halda fiziki şəxsin səhmlərin satışına görə əldə etdiyi gəlirlərdən vergi necə hesablanacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 96.6-cı maddəyə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir və qeyd olunan təqdimetmə üzrə vergitutma obyektinin müəyyən olunması Vergi Məcəlləsinin 96.5-ci maddəsində istisna edilib.

Buna əsasən, fiziki şəxs tərəfindən səhmlərin ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi zamanı həmin səhmin satış dəyəri ilə alış dəyəri (nominal dəyərin 100 dollar olmasına baxmayaraq) və çəkilən digər xərclər, o cümlədən fond birjasına ödənilən komisyon haqq arasındakı fərqdən 14 faiz dərəcə ilə vergi ödənilir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 96.6-cı və 101.2-ci maddələri

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?