Fiziki şəxsin səhm satışına görə əldə etdiyi gəlirlərdən verginin hesablanması

2025.11.04 09:47 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 96.6-cı maddəyə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir və qeyd olunan təqdimetmə üzrə vergitutma obyektinin müəyyən olunması Vergi Məcəlləsinin 96.5-ci maddəsində istisna edilib.

Buna əsasən, fiziki şəxs tərəfindən səhmlərin ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi zamanı həmin səhmin satış dəyəri ilə alış dəyəri (nominal dəyərin 100 dollar olmasına baxmayaraq) və çəkilən digər xərclər, o cümlədən fond birjasına ödənilən komisyon haqq arasındakı fərqdən 14 faiz dərəcə ilə vergi ödənilir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 96.6-cı və 101.2-ci maddələri