6 Oktyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yükdaşıma fəaliyyəti göstərənlər əvvəlki dövrə ƏDV qeydiyyatına alına bilərlərmi?

Bildiyimiz kimi, yükdaşıma fəaliyyətinə münasibətdə verginin “Fərqlənmə nişanı” alarkən sadələşdirilmiş qaydada ödənilməsi 2024-cü ildən ləğv edilib. Çalışdığım müəssisə hal-hazırda bu fəaliyyətlə məşğuldur və 2 faiz sadələşdirilmiş verginin ödəyicisidir. Bununla belə, müəssisənin rəhbəri 2022-ci ildən ƏDV əvəzləşdirmə imkanlarından faydalanmaq üçün 3 il geriyə müəssisənin könüllü ƏDV qeydiyyatına alınması ilə bağlı vergi orqanına ərizə verməyi tapşırıb. Bilmək istəyirəm ki, yükdaşıma fəaliyyəti göstərən müəssisə olaraq biz bu imkandan faydalana bilərikmi?

Məlum olduğu kimi, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərə əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi tələb edilmir və qeyd olunan öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir.

Eyni zamanda, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər, habelə 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla, bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV qeydiyyatı qüvvəyə minir.
Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən müəssisə tərəfindən 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə könüllü ƏDV qeydiyyatına alınması nəzərdə tutulmayıb.

Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü və 218.4.1-ci maddələri

VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur? VergiYanlışlıqla bank hesabına ödənilən vəsaitə görə ƏDV əvəzləşməsi necə aparılacaq? VergiHərbi xidmətə çağırışla bağlı işçiyə ödənilən müavinət vergi və sosial ödənişlərə cəlb olunurmu? VergiƏcnəbi şəxslər Azərbaycanda MMC-ni necə qeydiyyatdan keçirə bilərlər? VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır?