Məlum olduğu kimi, 2024-cü il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində edilmiş müvafiq dəyişikliklərə əsasən, yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən “Fərqlənmə nişanı”nın alınması üçün verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi tələb edilmir və qeyd olunan öhdəliklər həmin şəxslər tərəfindən qanunla müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir.
Eyni zamanda, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsində edilmiş dəyişikliyə əsasən, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində göstərilən şəxslər, habelə 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslər istisna olmaqla, bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə ƏDV qeydiyyatı qüvvəyə minir.
Buna əsasən, yükdaşıma fəaliyyəti göstərən müəssisə tərəfindən 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə könüllü ƏDV qeydiyyatına alınması nəzərdə tutulmayıb.
Əsas: Vergi Məcəlləsinin 157.3.3-cü və 218.4.1-ci maddələri